Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 30-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Bu tura qədər ikinci pillədə qərarlaşmış “Bayern” doğma meydanda “Herta” ilə qarşılaşıb. İnamlı qələbəyə sevinən Münhen təmsilçisi Dortmund “Borussiya”sının xal itkisindən maksimum yararlanaraq zirvəyə yüksəlib. “Volfsburq” isə “Maynts”la ev oyununda darmadağına sevinib.
Beləliklə, 30 turdan sonra 62 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 61 xalla ikinci, “Union Berlin” isə 56 xalla üçüncü pillədə qərarlaşıb. Dördüncü pillədə olan “Frayburq”un da 56 xalı var. “Leypsiq” 54, “Bayer” 48, “Volfsburq” 46, “Maynts” 45, “Ayntraxt” 43, “Borussiya” (Mönhenqladbax) 36, “Köln”lə “Verder” 35 xal toplayıb. “Auqsburq”un 31, “Hoffenhaym”ın 29, “Ştutqart” və “Bohum”un 28, “Şalke”nin 27, sonuncu olan “Herta”nın isə 22 xalı var.
Almaniya Bundesliqası
30-cu tur
28 aprel
Bohum – Borussiya (Dortmund) 1:1
Qol: Losilla, 5 – Adeyemi, 7.
29 aprel
Ayntraxt – Auqsburq 1:1
Qol: Rexbeçay, 25-öz qapısına – Demiroviç, 58.
Köln – Frayburq 0:1
Qol: Doan, 54.
Leypsiq – Hoffenhaym 1:0
Qol: Nkunku, 28.
Ştutqart – Borussiya (Mönhenqladbax) 2:1
Qol: Jirassi, 22. Kulibali, 83-pen – Vayql, 78.
Union Berlin – Bayer 0:0
Şalke – Verder 2:1
Qol: Van den Berq, 81. Draksler, 90+2 – Dukş, 18.
30 aprel
Bayern – Herta 2:0
Qol: Qnabri, 69. Koman, 79.
Volfsburq – Maynts 3:0
Qol: Vind, 5; 28. Bornau, 14.


