Bundesliqada heç-heçələr günü

Futbol üzrə Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha beş görüş baş tutub.

Dörd qolun qeydə alındığı “Bayer” – “Maynts” matçında qalib müəyyənləşməyib. Dortmund “Borussiya”sı da “Hoffenhaym”la ev oyunundan məhsuldar heç-heçə ilə ayrılıb.

“Ştutqart” – “Herta” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblərsə, “Verder” – “Frayburq” və “Union Berlin” – “Şalke” görüşlərində qapılara qol vurulmayıb.

Almaniya Bundesliqası
21-ci tur
12 fevral

Leyptsiq – Auqsburq 2:1
Qol: Olmo, 38-pen. Nkunku, 43 – Kaliqiuri, 77-pen.

13 fevral

Bayer – Maynts 2:2
Qol: Alario, 14. Şik, 84 – Qlatsel, 89. Ştoger, 90+2.

Borussiya (Dortmund) – Hoffenhaym 2:2
Qol: Sanço, 24. Haland, 81 – Dabbur, 31. Bebu, 51.

Ştutqart – Herta 1:1
Qol: Kaladziç, 45+1 – Nets, 82.

Verder – Frayburq 0:0

Union Berlin – Şalke 0:0

14 fevral

18:30 Ayntraxt – Köln
21:00 Volfsburq – Borussiya (Münhenqladbax)

15 fevral

23:00 Bavariya – Arminiya

Xəbəri sosial şəbəkələrdə paylaş: