Bundesliqada tura heç-heçələrlə yekun vuruldu

Futbol üzrə Almaniya Bundesliqasında 24-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Köln” – “Verder” matçında tərəflər meydanı hərəyə bir qolla tərk ediblər.

“Arminiya” – “Yunion” görüşündə isə qapılara ümumiyyətlə qol vurulmayıb.

Almaniya Bundesliqası
24-cü tur
5 mart

Şalke – Maynts 0:0

6 mart

Borussiya (Münhenqladbax) – Bayer 0:1
Qol: Şik, 77.

Ayntraxt – Ştutqart 1:1
Qol: Kostiç, 69 – Kaladziç, 68.

Frayburq – Leyptsiq 0:3
Qol: Nkunku, 41. Sorlot, 64. Forsberq, 79.

Herta – Auqsburq 2:1
Qol: Pyontek, 62. Lukebakio, 89-pen – Benes, 2.

Hoffenhaym – Volfsburq 2:1
Qol: Baumqartner, 8. Kramariç, 41 – Veqorst, 23.

Bavariya – Borussiya (Dortmund) 4:2
Qol: Levandovski, 26; 44-pen; 90. Qoretska, 88 – Haland, 2; 9.

7 mart

Köln – Verder 1:1
Qol: Hektor, 83 – Sargent, 66.

Arminiya – Union Berlin 0:0

Xəbəri sosial şəbəkələrdə paylaş: