Bundesliqanın iki oyunu fanatların etirazına görə dayandırıldı

Azarkeşlər Bundesliqanın iki oyununda etirazlarını ifadə etmək üçün meydana tennis topları ataraq oyunların dayanmasına səbəb olublar.

Arena.az məlumat verir ki, hadisə “Union Berlin” – “Volfsburq” (1:0) və “Borussiya” (Mönxenqladbax) – “Darmştadt” (0:0) oyunlarında baş verib.

“Özəl kapital təsirə sahib olmaq istəmir? Bizi axmaq yerinə qoymayın. Alman Futbol İttifaqının sərmayəçiləri Səudiyyə Ərəbistanının qanlı pulları ilə maliyyələşirlər. Kimlə yola gedəcəksən…”, – “Union Berlin” azarkeşlərinin açdığı lövhədə yazılıb.

Bu yolla, alman azarkeşlər Alman Futbol İttifaqına (DFB) və Səudiyyə Ərəbistanından üçüncü tərəf sərmayəçilərinin cəlb ediləcəyi ilə bağlı şayiələrə öz narazılıqlarını bildirirlər.

Oxşar hadisə “Bayer” – “Bayern” oyununda da qeydə alınıb. Meydana müxtəlif yad cisimlərin atılması nəticəsində oyunun başlanması gecikib.

Xəbəri sosial şəbəkələrdə paylaş: