Futbol üzrə Azərbaycan Birinci Liqasını 10-cu sırada başa vurmuş “Araz Saatlı” bu gün İkinci Liqanın ikincisi “Cəbrayıl” ilə üz-üzə gəlib.
Arena.az xəbər verir ki, 2024/2025 mövsümündə Birinci Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü “Bayıl Arena”da baş tutub.
Qarşılaşma Cəbrayılın eyniadlı təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında cavab qarşılaşması iyunun 15-də baş tutacaq. İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan Birinci Liqasında çıxış etmək hüququ qazanacaq.
Birinci Liqaya vəsiqə uğrunda pley-off oyunu
9 iyun
Cəbrayıl – Araz Saatlı 2:0
Qollar: Tapdıq Əhmədov, 39. Elşad Əliyev, 61.
Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Eyyub İbrahimov.
Dördüncü hakim: Rauf Allahverdiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”. 300 tamaşaçı.
Cəbrayıl: 1. Fərman Bayramov, 20. Ruslan Əmircanov (k), 4. Vüsal Səfərov (10. Elvin Məmmədov, 76), 44. Samir İbrahimov, 9. Ruslan Voronsov, 7. Tapdıq Əhmədov (25. Baxşəli Baxşəliyev, 88), 13. Elşad Əliyev (17. Nurlan Quliyev, 79), 19. Məhərrəm Orucov, 22. Əli Nəcəfli, 77. Zahir Mirzəzadə, 11. Polad İbrahimov.
Ehtiyat oyunçular: 12. Nurlan Quluzadə, 33. Hüseyn Novruzov, 14. Əliəkbər Şəbiyev.
Baş məşqçi: Cavid Hüseynov.
Araz Saatlı: 1. Əmrah Məmmədli, 11. Elnur Mustafazadə, 10. Ravil Yusifli (49. Rəvan Əvəzov, 64 / 22. Davud Mahmudov, 84), 7. Oqtay Məmmədov (k), 17. Ceyhun Rəcəbli, 4. Fərid Nadirov, 44. Cavidan Rəhimli (19. Elijah Ben, 76), 6. Həmzə Əliyev, 5. Sehran Abbasov, 15. Sequn Omotoşo, 29. Lamin Çam.
Ehtiyat oyunçular: 12. Məhəmməd Əhmədov, 66. Ənəs Şabanov, 24. Ülvi Əvəzov.
Məşqçi: Zəkəray Atakişiyev.