Cəlal Hüseynov “Arda”da debüt etdi

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubunda debüt edib.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi bu gün “Maritsa”ya qarşı keçirdikləri yoxlama oyununda meydana çıxıb.

Hüseynov görüşə start heyətdə başlayıb. Qarşılaşma “Arda”nın 3:1 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, “Arda” yeni mövsümün hazırlığına iyunun 19-dan etibarən start verib. Hüseynov isə yeni komanfasının toplanışına ayın 20-dən etibarən qoşulub.

Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə iyunun 12-də 3 illik müqavilə imzalamışdı. “Arda” onu “Zirə”dən transfer edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: