Cəlal Hüseynov Bolqarıstanda qol hesabını açdı – Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 11-ci turu çərçivəsində keçirilmiş “Krumovqrad”la oyunun iştirakçısı olub.

Səfərdə baş tutan bu qarşılaşma “Arda”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hüseynov bu görüşün ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da Cəlal vurub. O, 4-cü dəqiqədə vurduğu bu qolu əsgər salamı ilə qeyd edib.

“Arda” 11 turdan sonra 19 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış iki oyunu da var.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 6 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: