Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 25-ci turu çərçivəsində keçirilmiş “Hebar”la oyunun iştirakçısı olub.
“Arda” səfərdə baş tutan bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:1.
Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Mərkəz müdafiəçisi olan azərbaycanlı futbolçu bu dəfə üçlü müdafiənin solunda çıxış edib. O, 83-cü dəqiqədə sarı vərəqə də alıb.
“Arda” bu nəticədən sonra ölkə çempionatında 35 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 24 rəsmi oyuna çıxıb, 1 qol vurub.