Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 15-ci turu çərçivəsində “Ludoqorets”lə qarşılaşıb.
Səfərdə baş tutmuş bu oyun “Arda”nın qələbəsi ilə yekunlaşıb – 3:2. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.
“Arda” 15 turdan sonra 16 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 64 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.


