Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” komandası bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Bolqarıstan Kubokunda 2024/2025 mövsümünün 1/8 final mərhələsi çərçivəsində “Krumovqrad”la qarşılaşıb. Səfərdə baş tutan bu oyunda “Arda” qalib gəlib – 2:0. Hüseynov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 49 rəsmi oyuna çıxıb, 1 qol vurub.