Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri Cəlil Cəfərov avrokubokun final matçına təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü olan Cəlil Cəfərov qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi olacaq. O, Fransada yerli “Neptunes Nantes” və İtaliyanın “İqor Qorqonzola Novara” klublarının qarşılaşmasında CEV nümayəndəsi qismində hakimlərin və supervayzerin işini qiymətləndirəcək.
Görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voytsex Maroszek olacaq.
Həlledici oyun fevralın 28-də keçiriləcək.
Xatırladaq ki, finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.