Azərbaycan Premyer Liqasının ilk iki dövrəsində “Sumqayıt”ın əvəz olunmayan futbolçuları Mehdi Cənnətov və Murad Xaçayev olublar.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, qapıçı Cənnətov Premyer Liqanın 2024/2025 mövsümünün qış fasiləsinə qədər meydana çıxdığı 18 qarşılaşmanın 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.
Yarımmüdafiəçi Xaçayev isə bu mövsüm keçirdiyi 18 matçda əvəz olunmamaqla yanaşı, Premyer Liqada ardıcıl 64 oyunda 90 dəqiqə meydanda olub. Bu qarşılaşmaların 10-u 2022/2023 mövsümünə, 36-sı isə ötən mövsümə təsadüf edir.
“Sumqayıt” ilk iki dövrədə 6 qələbə, 2 heç-heçə və 10 məğlubiyyət görüb. 18 oyuna 20 xal toplayan komanda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
İlk iki dövrədə baş məşqçilər – Samir Abasov (birinci dövrə) və Vaqif Cavadov (ikinci dövrədən etibarən) ümumilikdə 25 futbolçunun xidmətindən yararlanıblar.
18 turda komanda 15 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. Bu qolların müəllifləri Kamran Quliyev (3), Cordan Rezabala (3), Roi Kehat (2), Nikola Vuynoviç (2), Rövlan Muradov, Səbuhi Abdullazadə, Rəhim Sadıxov, Fernando Medeyros və Silvanus Nimeli olublar.
İlk iki dövrədə komandanın ev oyunlarını 21450 azarkeş stadiondan canlı izləyib. Cari mövsümdə ən çox azarkeşin qeydə alındığı ev oyunu isə 9-cu turun “Sumqayıt” – “Qarabağ” qarşılaşması olub. Həmin matçda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 7000 azarkeş olub.
- Mehdi Cənnətov – 18 oyun (1620 dəqiqə)
- Murad Xaçayev – 18 (1620)
- Elvin Bədəlov – 17 (1530)
- Cordan Rezabala – 17 (1263)
- Roi Kehat – 16 (1346)
- Rövlan Muradov – 16 (1149)
- Səbuhi Abdullazadə – 16 (1137)
- Vüqar Mustafayev – 15 (928)
- Kamran Quliyev – 15 (752)
- Sərtan Taşkın – 14 (531)
- Tresor Mossi – 13 (705)
- Nikola Vuynoviç – 13 (703)
- Georgi Xaraişvili – 9 (326)
- Miloş Miloviç – 8 (676)
- Silvanus Nimeli – 8 (532)
- Ayxan Süleymanlı – 8 (462)
- Uğur Cahangirov – 6 (92)
- Fernando Medeyros – 5 (287)
- Alan Dias – 5 (271)
- Nihad Əhmədzadə – 5 (216)
- Slavişa Radoviç – 4 (229)
- Ruslan Əliyev – 2 (65)
- Cəsurbek Cəloliddinov – 2 (38)
- Sənan Muradlı – 2 (20)
- Kristian Velinovski – 2 (15)



