Cəbəllütariq – Azərbaycan oyunu rumınlara tapşırıldı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Cəbəllütariq – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Andrey Çivulete olacaq. Ona yan xətt hakiməri Radu Ginkuleaç və Mixayta Nekula kömək edəcəklər. Dördüncü hakim funksiyasını George Katalin Roman yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 18-də Cəbəllütariqdəki “Europa Point Stadium”da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Azərbaycanın U-21 yığması 4 turdan sonra 2 xalla 5-ci pillədə qərarlaşıb. Keçirdiyi 5 oyunun hamısında uduzmuş Cəbəllütariq isə qrup sonuncusudur.

Avropa çempionatının seçmə mərhələsi
B qrupu
18 noyabr

Cəbəllütariq – Azərbaycan
Baş hakim: Andrei Çivulete.
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula.
Dördüncü hakim: George Katalin Roman (Hakimlər briqadası Rumıniyadandır).
“Europa Point Stadium”. Saat 22:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: