Camal Musiala “Bavariya” ilə yeni müqavilə bağladı

Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçisi Camal Musiala ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, 17 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək k i, Camal Musiala bu mövsüm “Bavariya”nın heyətində 26 oyuna çıxıb, 4 qol vurub.