“Atalanta”nın baş məşqçisi Can Pyero Qaperini klubdan ayrılacağı ilə bağlı şayiələr mənzərəsində gələcəyi ilə bağlı danışıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, 67 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mənim “Atalanta” ilə müqaviləm var. Ötən il də eynisi baş vermişdi – müqavilə müddətimin uzadılması avqust ayında imzalanmışdı, mövsüm başlandıqdan sonra. Mənimlə “Atalanta” arasında elə bir ahəng var ki, heç vaxt ortaya qənbərqulu çıxmır, amma yenə də, futbol gözlənilməzdir.
Düzünü desəm, ötən illərlə müqayisədə, mən hiss edirəm ki, “Atalanta”nın etdiyini təkrarlamaq asan olmayacaq. Bu, məni narahat edir – bizim, cari mövsümdəki nailiyyətimizi təkrarlaya biləcəyəmiz – dəlil deyil. Biz, komandanın gələcəyi üçün hansı seçimlərin olduğunu mümkün olduqca tez bir zamanda qiymətləndirməliyik. Bu, həqiqətən ağır mövsüm idi”, deyə Qasperini vurğulayıb.
Can Pyero Qasperini “Atalanta”nı 2016-cı ilin iyun ayından çalışdırır. 67 yaşlı italyan mütəxəssisin Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Qasperini “Atalanta”nı İtaliya Kubokunun finalına daşıyıb və burada gərgin mübarizədə “Yuventus”a 0:1 hesabı ilə məğlub olub. Buna rəğmən, Qasperini komandasını toparlayıb ötən mövsümdə məğlubiyyət tanımayan Almaniya Bundesliqasının çempionu “Bayer”i Avropa Liqasının finalında 3:0 hesabı ilə məğlub edərək, həm özünün və həm də klubun beynəlxalq müstəvidə ilk böyük qənimətini qazanıb.
Ötən mövsüm İtaliya A Seriyasını isə Qasperininin “Atalanta”sı 69 xalla 4-cü pillədə başa vuraraq, Çempionlar Liqasında iştirak hüququnu qazanıb və cari mövsümdə yenidən qitənin ən mötəbər klub yarışında iştirakını təmin edib.
Can Pyero Qasperinin rəhbərliyi altında “Atalanta” 438 oyuna çıxıb, 228 qələbə qazanıb, 101 heç-heçə edib və 109 məlubiyyət yaşayıb. Berqamo təmsilçisinin top fərqi isə 853:514 nisbətindədir.
37 turdan sonra “Atalanta” İtaliya A Seriyasının yarış cədvəlində 74 xalla 3-cü pillədə qərarlaşıb.