Canni De Byazi Tallində bu 23 futbolçuya güvənəcək

Azərbaycan millisinin baş məşqçi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə oyun üçün 23 nəfərlik heyəti açıqlayıb.

Arena.az xəbər verir ki, italiyalı mütəxəssis qarşıdakı oyunlar üçün milliyə çağırdığı iki oyunçuya Estoniyadakı oyunda ehtiyac duymayıb.

Söhbət “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə və “Qarabağ”ın gənc oyunçusu Nəriman Axundzadədən gedir. Onlar Tallində baş tutacaq matçın “23-lüy”ündən kənarda qalıblar. Adıçəkilən futbolçular “Le Koq Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaqlar.

Xatırladaq ki, daha əvvəl “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov da zədə səbəbindən yığmanın toplanışından kənarda qalmışdı. O, ümumiyyətlə Estoniyaya aparılmayıb.

Beləliklə, Estoniya ilə səfər matçında yığmamızın iştirak ərizəsində bu futbolçuların adları yer alacaq. Canni De Byazi start heyətdə kimləri meydana buraxacağını isə matç ərəfəsində açıqlayacaq:

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Şahrudin Məhəmmədəliyev, 23. Rəşad Əzizli;

Müdafiəçilər: 2. Yusif Nəbiyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 14. Cəlal Hüseynov, 15. Bəxtiyar Həsənalızadə;

Yarımmüdafiəçilər: 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 13. Emil Səfərov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 20. Aleksey İsayev, 21. Qismət Alıyev;

Hücumçular: 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 22. Musa Qurbanlı.

Estoniya yığmasının da millimizlə oyun üçün “23-lüy”ü bəlli olub. Heyətdə bu futbolçulara yer verilib:

Qapıçılar: 1. Matvey İqonen, 12. Karl Heyn, 22. Karl Andre Vallner;

Müdafiəçilər: 2. Marten Kuusk, 3. Artur Pikk, 6. Rasmus Peetson, 13. Maksim Paskotşi, 16. Marko Lukka, 18. Mixael Lilander, 19. Ken Kallaste;

Yarımmüdafiəçilər: 4. Mattias Kayt, 5. Rokko Şeyn, 7. Georgi Tunyov, 14. Konstantin Vasilyev, 15. Martin Vetkal, 17. Martin Miller, 20. Markus Pum, 21. Boqdan Vaşuk;

Hücumçular: 8. Henri Anier, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 11. Henrik Oyama, 23. Vlasi Sinyavski.

Xatırladaq ki, Estoniya – Azərbaycan matçına bu gün Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.