“Liverpul”un ingilis mərkəz müdafiəçisi Carell Kuansa yetirməsi olduğu İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə “Liverpul”un rəsmi saytına istinadən xəbər verir.
Tərəflər arasında uzunmüddətli müqavilənin imzalandığı diqqətə çatdırılıb. 21 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2027-ci ilin ortalarında başa çatacaqdı. Amma klub rəhbərliyi mərkəz müdafiəçisinin perspektivlərini yüksək qiymətləndirdiyi üçün maaş artımı ilə müqavilənin müddətini uzatmağa qərar verib.
Carell Kuansa “Liverpul”un yetirməsidir. 21 yaşlı müdafiəçi ötən ildən klubun əsas komandasında forma geyinir. İngilis müdafiəçi bu mövsüm artıq 2 oyuna çıxıb. O, əsas komandanın heyətində bütövlükdə 35 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Kuansa 2023-cü ilin yanvar ayından mayına kimi “Bristol Rovers”də icarədə də olub.
Carrel İngiltərənin U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, hələ əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.




