İngiltərə Premyer Liqasının “Liverpul”la 19-cu tur ev oyunu (0:5) “Vest Hem”in ingilis cinah hücumçusu Carrod Bouen üçün xoşagəlməz bitib.
Arena.az məlumat verir ki, Bouen özünün sosial şəbəkə hesabı üzərindən paylaşdığı məlumatda, ayağını sındırdığını bildirib:
“Təəssüf ki, bazar günü oyunumuzun birinci hissəsində ayağımda sınıq yarandı. Həmişə olduğu kimi, fiziki olaraq bunu edə bilməyənə qədər mübarizə aparmağa və oynamağa davam etməyə çalışdım. Futbolda zədələr olur, amma mən artıq tezliklə meydana qayıdacağımın intizarındayam. Tezliklə görüşənədək”, – Bouen paylaşıb.
Carrod Bouen “Leominster Minors” klubunda futbola qədəm qoyub, buradan “Hereford Yunayted”ə keçərək, böyük futbolda debüt edib. Daha sonra Bouen “Hall Siti”də çıxış edib və ardınca, 2020-ci ilin yanvarında 21,30 milyon avro məbləğ müqabilində buradan “Vest Hem”ə keçib.
Bouenin “çəkicdöyənlər”lə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Bouen “Vest Hem” üçün bütün yarışlarda 21 oyuna çıxıb, 6 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.
Bouenen “çəkicdöyənlər”in heyətində çıxışının ümümi mənzərəsi 223 oyun, 66 qol və 43 məhsuldar ötürmədən ibarətdir.
Carrod Bouen 2022-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 14 oyuna 1 qolla fərqlənib.
“Transfermarkt” internet-portalı 28 yaşlı ingilis sağ cinah hücumçusunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.



