“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin köməkçisi Cavid Hüseynov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Tovuz təmsiçisi Cavid Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Cavid Hüseynovun “Səbail”in baş məşqçisi təyin olunacağı gözlənilir. O, bu postda ötən həftə istefa vermiş Şahin Diniyevi əvəz edəcək.
Xatırladaq ki, Cavid Hüseynov bu ilin iyun ayından “Turan Tovuz”da baş məşqçi Kurban Berdıyevin köməkçisi kimi çalışırdı. O, buna qədər “Şamaxı” və “Cəbrayıl” komandalarının baş məşqçisi kimi fəaliyyət göstərib.


