Cavid Qurbanov məşqçilərlə görüşdü, yeni təyinatlar açıqlandı

Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov bu gün məşqçilərlə görüşüb, milli komandalara yeni təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, toplantıda qurumun baş katibi Məhərrəm Sultanzadə və İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova da iştirak ediblər. Görüşdə federasiya prezidenti Cavid Qurbanov məşqçilərin təkliflərini dinləyib və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

Qurumun rəhbərliyi milli komandanın baş məşqçisi Bəhruz Salehli, sprint üzrə məşqçi Tofiq Əliyev və dözümlülük üzrə məşqçi Sadıq Sadıqova uzun illər ərzində atletikamızın inkişafında göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkürünü çatdırıb. Qeyd olunub ki, bu mütəxəssislər məsləhətçi kimi fəaliyyətlərini davam etdirəcəklər.

Görüşdə milli komandanın yeni məşqçi heyəti təqdim olunub. Hakim İbrahimov millimizin yeni baş məşqçisi təyin edilib.

Milli komandamızın yeni məşqçilər heyətini təqdim edirik:

Hakim İbrahimov – Baş məşqçi
Nazim İsrafilov – Ehtiyat üzrə baş məşqçi
Valentin Bulıçev – Sprint üzrə böyük məşqçi
Ziyad Xəlfəyev – Tullanmalar üzrə böyük məşqçi
Vüqar Ələsgərov – Dözümlülük üzrə böyük məşqçi
Emil Şahtahtinski – Atmalar üzrə böyük məşqçi
Anar Yusifov – Regionlar üzrə böyük məşqçi
Rəhim Xəlilov – Ehtiyat üzrə məşqçi