UEFA-nın prezidenti Aleksander Çeferin 2027-ci ildə Albaniya və Serbiyada keçiriləcək gənclər arasında (U-21) Avropa Çempionatından danışıb.
Arena.az məlumat verir ki, Çeferin UEFA-nın qurultayında qarşıdakı sözügedən yarışı misal çəkərək vurğulayıb ki, Avropa futbolu vəhdət nümunəsi olaraq qalmalıdır:
“Avropa futbolu getdikcə daha da parçalanan dünyada bir vəhdət nümunəsi olaraq qalmalıdır. Futbol – bir idman növü olmaqdan daha artıqdır. Bu, həm də güzgüdür, cəmiyyətin modelidir. O sərhədləri aşan, cəmiyyəti birləşdirən və arzulara ilhamlandıran hərtərəfli bir dildə danışır.
Biz Albaniya və Serbiyanın müştərək keçirəcəyi gənclər arasındakı Avropa Çempionatına, Avropa futbolunda gerçəklik sərhədlərinin olmadığını bizə xatırladan parlaq bir numunə kimi baxırıq”, deyə UEFA-nın prezidenti vurğulayıb.


