Cek Porter “Arsenal”ın tarixinə düşdü

İngiltərə Liqa Kuboku 3-cü mərhələsinin “Bolton Uonderers”ə qarşı oyunu (5:1) “Arsenal”ın yeniyetmə qapıçısı Cek Porter üçün əlamətdar olub.

Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, ingilis qolkiper “topçular”ın heyətində rəsmi oyunlarda meydana çıxmış ən gənc oyunçu ünvanına sahib olub.

“Topçular”ın heyətində debütü günü Porter 16 yaş 72 günlüyündə olub. Yeniyetmə qapıçı bütün oyunu meydanda keçirib.

Futbolda 3-cü mövsümünü keçirən Porter “Arsenal”ın futbol akademiyasının məzunudur. “Topçular”ın əsas komandasına debütə qədər Porter London komandasının U-18 və U-21 kollektivinlərində çıxış edib.

Cek Porter İngiltərənin U-16 və U-17 yığmalarına dəvət alıb. “Şirlər”in U-16 yığmasında 4 oyun keçirmiş Porter 4 qol buraxıb, 2 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Porter İngiltərənin U-17 yığmasında 1 oyuna çıxıb, 1 qol “yeyib”.

Porter futbolda hələ heç bir qənimət qazanmayıb.