“Çelsi” futbol üzrə İngiltərə Premyer Liqasında 2002/23 mövsümünü 12-ci sırada bitirməklə 1994-cü ildən bu yana ən pis nəticəsini göstərib.
Arena.az bu barədə “B/R Football” portalının “Twitter” hesabına istinadən xəbər verir.
London nəhəngi Premyer Liqanın sonuncu turunda “Stemford Bric”də “Nyukasl” ilə 1:1 hesablı heçə-heçə oynayıb.
Mövsümün yekununa əsasən, “zadəganlar” 38 oyundan cəmi 44 xal toplayaraq 12-cı sarada qərarlaşıb. Bu nəticə “Çelsi” üçün avrokuboklardan kənarda qalmaq deməkdir.
Premyer Liqanın qalibi adını “Mançester Siti” qazanıb. “Arsenal” ikinci, “Mançester Yunayted” üçüncü olub.


