“Çelsi” sentyabrın 17-də futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində “Bornmut”un qonağı olub.
Arena.az xəbər verir ki, komandalar qalibi müəyyən edə bilməyiblər, oyun “quru” hesabla başa çatıb – 0:0.
Beləliklə, “zadəganlar” Premyer Liqanın ilk 5 turunda cəmi 5 qol vurub ki, bu da komandanın açılış oyunlarında ən pis nəticələrindən biri kimi əlamətdardır.
Nüfuzlu statistika internet-portalı “Opta Sports”un məlumatına görə, müvafiq nəticə London klubu üçün demək olar ki, son iyirmi ildə ən pis nəticədir. Əvvəllər, 1995/1996 mövsümündə “Çelsi” müvafiq nəticə göstərərək, 5 açılış oyununda cəmi 5 qol vurmuşdu. Cari mövsümdə “zadəganlar” “Liverpul” və “Vest Hem”lə oyunlarda hər komandaya bir qol vurublar, “Luton Taun”la oyunda isə üç dəfə fərqləniblər.
5 turdan sonra komandalar Premyer Liqanın turnir cədvəlində qonşudurlar – “Çelsi” 5 xalla 14-cü, “Bornmut” 3 xalla 15-ci sırada yer alıb.
Premyer Liqaya 5 oyundan mütləq nəticə – 15 xal qazanmış “Mançester Siti” liderlik edir.


