“Çelsi” azarkeşlərindən biri futbol oyunlarının ziyarətinə rəsmi olaraq uzunmüddətli qadağa ilə cəzalandırılıb.
Arena.az bu barədə London polisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, 6 noyabr 2023-cü il bazar ertəsi Premyer Liqanın 11-ci turunun “Tottenhem”lə səfər oyununda (4:1) nasist salamı vermiş azarkeşə müvafiq cəza tədbiri tətbiq edilib.
“Zadəganlar”ın bu qanacaqsız azarkeşi 3 il müddətində oyunlarda iştirak edə bilməyəcək. Məhkəmə azarkeşi cərimə ödəməyə də mükəlləf edib.
“Məhkəmə “Çelsi” Futbol Klubunun azarkeşini ictimai asayişi irqi məzmunlu şəkildə pozmaqda təqsirli bilib”, – London polisinin mətbuat xidməti bildirib.