Futbol üzrə İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
Əvvəlcə “Vulverhempton” evdə “Sauthempton”la qarşılaşıb. Meydan sahibləri bu oyunda uduzaraq mübarizəni dayandırıb.
Səfərdə “Barnsli” ilə qarşılaşan “Çelsi” isə minimal hesablı qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edib.
Daha öncə “Bornmut”, “Mançester Yunayted”, “Mançester Siti”, “Lester Siti”, “Şeffild Yunayted” və “Everton” da 1/4 finala vəsiqə qazanmışdı.
İngiltərə Federasiya kuboku
1/8 final
9 fevral
Bernli – Bornmut 0:2
Mançester Yunayted – Vest Hem 1:0
10 fevral
Suonsi Siti – Mançester Siti 1:3
Qol: Uittaker, 77 – Uolker, 30. Sterlinq, 47. Q.Jezus, 50.
Lester Siti – Brayton 1:0
Qol: İheanaço, 90+4.
Şeffild Yunayted – Bristol Siti 1:0
Qol: Şarp, 66-pen.
Everton – Tottenhem 5:4
Qol: Kalvert, 36. Riçarlison, 38; 68. Siqurdsson, 43-pen. Bernard, 97 – D.Sançes, 3; 57. Lamela, 45+3. Keyn, 83
11 fevral
Vulverhempton – Sauthempton 0:2
Qol: İnqs, 49. Armstronq, 90.
Barnsli – Çelsi 0:1
Qol: Abraham, 64.