“Çelsi” heyətində çıxış edən İspaniya yığmasının sol cinah müdafiəçisi Mark Kukurelyanı satmaqda maraqlıdır.
Arena.az “Evening Standard”a istinadən xəbər verir ki, “zadəganlar” ispan futbolçunun icarə variantını da diqqətdə saxlayırlar.
Geridə qalmış mövsüm ərzində Kukurelya London klubunun heyətində 33 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə fərqlənib. Bu, ispan müdafiəçinin Premyer Liqa təmsilçisində ilk mövsümüdür. 24 yaşlı müdafiəçi ötən yay “Brayton”dan 65 milyon avroya transfer edilib.
“Çelsi”nin heyətində bu mövqedə Ben Çiluell və Lyuis Holl çıxış edə bilirlər. Üstəlik, Yan Matsen də var ki, mövsümü icarə əsasında “Börnli”də keçirib və mövsüm bitən kimi komandaya qayıdıb.
Kukurelyanın London klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonunda başa çatacaq. “Transfermarkt” internet-portalına futbolçunun 40 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, daha əvvəl Kukurelyanın adı ESPN-in versiyası üzrə İngiltərə Premyer Liqasında mövsümün ən pis oyunçuları siyahısına daxil edilmişdi.