“Çelsi” “Mançester Yunayted”in Mauntla bağlı təklifini rədd etdi

“Çelsi” yarımmüdafiəçisi Meyson Mauntla bağlı “Mançester Yunayted”in 58 milyon avro məbləğində təklifini rədd edib

Arena.az bu barədə “The Telegraph”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, London klubunun rəhbərliyi çətin seçim qarşısında qalıb: ya Mauntun transfer dəyərinin endirilməsinə razılıaşmaq, və ya gələn mövsümün sonunda yarımmüdafiəçini klubdan azad agent qismində yola salmaq.

“Mançester Yunayted”in 24 yaşlı Mauntun “zadəganlar”la müqavilə bağlamayacağına əminlik hasil etdiyi üçün gələcək danışıqları güc proyeksiyası üzərindən çözmək niyyətindədir.

2022/2023 mövsümündə Maunt London təmsilçisinin heyətində 35 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə ilə fərqlənib.

Mauntun indiki klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Barellanı 65 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl, “Çelsi”nin digər futbolçusuna – hücumçu Kay Havertsə London “Arsenal”ının maraq göstərdiyi haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: