“Çelsi” “Real”ı finala buraxmadı – ÇL-də

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə İspaniya nəhəngi “Real” İngiltərədə yerli “Çelsi” komandası ilə üz-üzə gəlib.

Bu komandalar arasında Madriddə baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınmışdı. Bu üzdən londonlulara mərhələ adlamaq üçün qolsuz heç-heçə də bəs edirdi. “Real” isə səfərdən mütləq qələbə ilə dönməliydi. Amma qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Beləcə, sonuncu finalçı “Çelsi” olub.

Xatırladaq ki, daha öncə İngiltərənin “Mançester Siti” klubu Fransa çempionu PSJ-yə qalib gələrək (2:1, 2:0) ilk finalçı olmuşdu. “Mançester Siti” ilə “Çelsi” arasında keçiriləcək final matçı mayın 29-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
5 may

Çelsi – Real 2:0
Qol: Verner, 28. Maunt, 85.
Baş hakim: Daniele Orsato (İtaliya).
London. “Stemford Bric” stadionu.
İlk oyun – 1:1.

Çelsi: Eduard Mendi, Andreas Kristensen, Tyaqo Silva, Antonio Rudiger, Sesar Aspilikueta, Nqolo Kante, Jorjinyo, Ben Çiluell, Kay Haverts, Meyson Maunt, Timo Verner.
Ehtiyat oyunçular: Kepa Arrisabalaqa, Villi Kabalyero, Markos Alonso, Kurt Zuma, Billi Gilmor, Emerson, Ris Ceyms, Kristian Pulişiç, Hakim Ziyeş, Kallum Hadson-Odoi, Olivye Jiru, Temmi Abraham.

Real: Tibo Kurtua, Ferlan Mendi, Serxio Ramos, Eder Militao, Naço, Luka Modriç, Kazemiro, Toni Kroos, Eden Hazard, Kərim Benzema, Vinisius Junior.
Ehtiyat oyunçular: Andrey Lunin, Dieqo Altube, Marselo, Alvaro Odriosola, Serxio Arribas, Migel Qutyerres, Federiko Valverde, İsko, Mariano Dias, Rodriqo, Antonio Blanko, Marko Asensio.