İngiltərənin “Çelsi” klubu baş məşqçi Tomas Tuxel ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.
Tuxelin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər artırılıb. “Çelsi” bu ilin yanvarında Tuxellə 1.5 illik müqavilə imzalamışdı. Alman mütəxəssis London təmsilçisi ilə Çempionlar Liqasına vəsiqə qazanacağı halda, sözləşməsi daha iki il artırılacaqdı. Məhz həmin şərtə əsasən, anlaşmanın müddəti avtomatik artırılıb.
“Çelsi” Premyer Liqada geridə qalan mövsümü 4-cü sırada bitirib. Komanda həm də UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi olub.