İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “zadəganlar” “Fulhem”in qapıçısı Markus Bettinellini transfer edib.
Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. “Çelsi” ilə 29 yaşlı qolkiper arasında iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Markus Bettinelli 2010-ci ildən “Fulhem”də çıxış edirdi. Ötən mövsümü Çempionşip təmsilçisi “Midlsbro”da icarədə keçirən ingilis qolkiper, bu komandanın heyətində 28 matça çıxıb. O, əvvəllər “Dartford” və “Akkrinqton Stenli” klublarında da icarədə oynayıb.


