“Çelsi”nin sahibləri arasında münasibətlər pisləşdi

“Çelsi”nin həddindən artıq böyük xərcləri mənzərəsində klubun ortaq sahibləri Todd Bouli və Behdad Eqbali arasında münasibətlər pisləşib.

Arena.az bu barədə “Bloomberg” dərgisinə istinadən məlumat verir.

Əhəmiyyətli nəticələrə gətirib çıxarmayan xərclər mənzərəsində tərəflər arasında yaranmış münaqişə səbəbindən indi “Çelsi” rəhbərliyi fikri ayrılığı yaşayır.

Mənbənin məlumatına görə, “zadəganlar”ın ortaq sahibləri həm də klubun kadr siyasəti ilə bağlı müxtəlif baxışlara malikdirlər, yeni stadionun inşasında irəliləyiş olmadığı üçün isə tərəflər bir-birilərinə qarşılıqlı narazılıqlar ünvanlayırlar.

Əvvəllər mətbuatda, bu ortaq mülkiyyətçilərin idarə heyətinin sədrinin vəzifələrinin hər beş ildən bir ötürülməsi ilə bağlı müqavilə bağladıqları barədə məlumat yayılmışdı. Bouli bu vəzifəni 2027-ci ilə qədər saxlayacaq. Sonra onu ya Behdad Eqbali, ya da “Clearlake Capital”ın rəhbərlərindən digər biri olan Xose Felisiano əvəz edəcək.