Çempion yenə xal itirdi, “Monako” evdə uduzdu

Futbol üzrə Fransa çempionatında 3-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.

Ötən turda “Nitsa”ya darmadağın olan son çempion “Lill”in budəfəki rəqibi “Sent-Etyen” olub. Sözügedən komanda bu turda da qələbəyə həsrət qalıb.

Mövsümə uğursuz start verən digər komanda – “Monako” isə bu dəfə “Lans”la ev oyunundan məğlubiyyətlə ayrılıb.

Fransa Liqa 1
3-cü tur
20 avqust

Brest – PSJ 2:4
Qol: Honorat, 42. Munye, 85 – A.Herrera, 23. Mbappe, 36. Qeye, 73. Di Mariya, 90+1.

21 avqust

Monako – Lans 0:2
Qol: Qanaqo, 51. Banza, 90+3.

Sent-Etyen – Lill 1:1
Qol: Sou, 85 – B.Yılmaz, 38.

22 avqust

15:00. Olimpik (Lion) – Klermon
17:00. Bordo – Anje
17:00. Mets – Reyms
17:00. Monpelye – Loryan
17:00. Strasburq – Trua
19:00. Renn – Nant
22:45. Nitsa – Olimpik (Marsel)