Çempionlar Liqasında 1/8 finala start verildi, PSJ “Bayern”ə uduzdu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 103 günlük həsrət başa çatıb və pley-off mərhələsinə start verilib. Arena.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyun günündə iki qarşılaşma baş tutub.

Parisdə Fransa çempionu PSJ ilə Almaniya nəhəngi “Bayern” üz-üzə gəliblər. Erkən final kimi dəyərləndirilən bu matçda Münhen təmsilçisi səfərdən qələbə ilə dönməyi bacarıb.

Günün digər oyunu isə İtaliya çempionu “Milan”la İngiltərə təmsilçisi “Tottenhem” arasında keçirilib. Bu oyunda da meydan sahibləri qələbəni bayram ediblər. Milanlılara da qələbə üçün cəmi bir qol yetərli olub. Amma hər iki cütün taleyinə cavab oyunlarından sonra aydınlıq gələcəyi şübhə doğurmur.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin digər ilk oyunları sabah və qarşıdakı həftə keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
14 fevral

PSJ (Fransa) – “Bayern” (Almaniya) 0:1
Qol: Kinqsli Koman, 53.
Baş hakim: Maykl Oliver (İngiltərə)
Paris. “Park De Prens” stadionu

“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) 1:0
Qol: Brahim Dias, 7.
Baş hakim: Sandro Şerer (İsveçrə)
Milan. “San Siro” stadionu