Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, yarımfinalın ilk oyununda İspaniya “Real”ı İngiltərədə “Mançester Siti”nin qonağı olub.
Madrid klubu yarımfınaldan əvvəl İngiltərənin daha bir təmsilçisini – “Çelsi”ni mübarizədən kənarlaşdırmışdı. Elə “şəhərlilər” də bu mərhələyə yüksəlmək üçün İspaniya komandasını – Madrid “Atletiko”sunu məğlub etmişdi.
“Real”la “Mançester Siti”nin Mançesterdə baş tutan ilk oyunu kifayət qədər məhsuldar alınıb. Yeddi qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar. Bu komandalar arasında cavab matçı mayın 4-də, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Çempionlar Liqasında yarımfinalın digər qarşılaşması sabah “Liverpul”la “Vilyarreal” arasında keçiriləcək. Bu komandalar arasında cavab matçı isə mayın 3-də, İspaniyada təşkil olunacaq.
UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
26 aprel
Mançester Siti (İngiltərə) – Real (İspaniya) 4:3
Qol: K.D.Bruyne, 2. Q.Jezus, 11. F.Foden, 53. B.Silva, 74 – K.Benzema, 33; 82-pen. V.Junior, 55.
Baş hakim: İstvan Kovaç (Rumıniya).
Mançester Siti: Ederson, Con Stounz, Ruben Dias, Emerik Laport, Aleksandr Zinçenko, Rodri, Kevin de Breyne, Bernardo Silva, Riyad Mahrez, Qabriel Jezus, Fil Foden.
Ehtiyat oyunçular: Zak Steffen, Skott Karson, Natan Ake, Luk Mbete, Konrad Eqan-Rayli, Fernandinyo, Romeo Lavia, Ceyms Makeyti, İlkay Gündoğan, Koul Palmer, Cek Qriliş, Rahim Sterlinq.
Baş məşqçi: Xosep Qvardiola.
Real: Tibo Kurtua, Daniel Karvaxal, Eder Militao, David Alaba, Ferlan Mendi, Federiko Valverde, Toni Kroos, Luka Modriç, Rodriqo, Kərim Benzema, Vinisius Junior.
Ehtiyat oyunçular: Andrey Lunin, Toni Fuidias, Xesus Valyexo, Naço, Marselo, Kazemiro, Lukas Vaskes, Eduardo Kamavinqa, Dani Sebalyos, İsko, Marko Asensio, Qaret Beyl.
Baş məşqçi: Karlo Ançelotti.


