Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.
İtaliyanın “Milan” komandası evdə ilk oyunda uduzduğu “Feyenoord”la (Niderland) üz-üzə gələcək.
“Brügge” (Belçika) İtaliyada “Atalanta”nın, “Seltik” (Şotlandiya) isə Almaniyada “Bayern”in qonağı olacaq. İtalyanlar ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarsa, almanlar üstünlüklərini qorumaq üçün meydana çıxacaqlar.
Portuqaliyanın “Benfika” komandası da səfərdə minimal hesabla üstələdiyi “Monako”nu bu dəfə doğma meydanda sınağa çəkəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
1/16 final mərhələsinin cavab oyunları
18 fevral
21:45. “Milan” (İtaliya) – “Feyenoord” (Niderland)
İlk oyun – 0:1
00:00. “Atalanta” (İtaliya) – “Brügge” (Belçika)
İlk oyun – 1:2
00:00. “Bayern” (Almaniya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 2:1
00:00. “Benfika” (Portuqaliya) – “Monako” (Fransa)
İlk oyun – 1:0