Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Arena.az xəbər verir ki, bu ada dörd futbolçu namizəddir.
Bunlar “Çelsi”nin (İngiltərə) hücumçusu Olivye Jiru, “Bavariya”nın (Almaniya) forvardı Robert Levandovski, “Real”ın (İspaniya) müdafiəçisi Ferlan Mendi və “Mançester Siti”nin (İngiltərə) müdafiəçisi Joao Kanselodur.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.