Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Arena.az xəbər verir ki, bu ada dörd namizəd var.
Bunlar Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Erlinq Haland, Portuqaliya “Portu”sundan Serjio Oliveyra, İngiltərə “Liverpul”undan Fabinyo və Fransa çempionu PSJ-nin qapıçısı Keylor Navasdır.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.


