Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 2-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 9 görüş baş tutacaq.
Almaniya nəhəngi “Bayern” səfərdə İngiltərə təmsilçisi “Aston Villa” ilə qarşılaşacaq. “Liverpul” doğma meydanda “Bolonya”nı qəbul edəcəksə, “Yuventus” səfərdə “Leypsiq”in qonağı olacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna oktyabrın 22-də start veriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
2 oktyabr
20:45. Şaxtyor (Donetsk, Ukrayna) – Atalanta (İtaliya)
20:45. Jirona (İspaniya) – Feyenoord (Niderland)
23:00. Liverpul (İngiltərə) – Bolonya (İtaliya)
23:00. Leypsiq (Almaniya) – Yuventus (İtaliya)
23:00. Benfika (Portuqaliya) – Atletik (İspaniya)
23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Monako (Fransa)
23:00. Lill (Fransa) – Real (İspaniya)
23:00. Aston Villa (İngiltərə) – Bayern (Almaniya)
23:00. Şturm (Avstriya) – Brügge (Belçika)