Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turu başlayır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 5-ci tura start veriləcək.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Maraqlı matçlardan biri Almaniyada keçiriləcək. “Bayern” doğma meydanda Fransanın PSJ klubunu qəbul edəcək. İngiltərə təmsilçisi “Mançester Siti” isə evdə “Feyenoord”la (Niderland) üz-üzə gələcək.

İspaniya təmsilçisi “Barselona” da doğma azarkeşləri önünə çıxacaq. Kataloniya klubu “Brest”lə (Fransa) görüşəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turunun qalan görüşləri noyabrın 27-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
26 noyabr

21:45. “Slovan” (Slovakiya) – “Milan” (İtaliya)
21:45. “Sparta” (Çexiya) – “Atletiko” (İspaniya)
00:00. “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland)
00:00. “Bayern” (Almaniya) – PSJ (Fransa)
00:00. “İnter” (İtaliya) – “Leypsiq” (Almaniya)
00:00. “Barselona” (İspaniya) – “Brest” (Fransa)
00:00. “Bayer” (Almaniya) – “Zalsburq” (Avstriya)
00:00. “Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
00:00. “Yanq Boyz” (İsveçrə) – “Atalanta” (İtaliya)

Xəbəri istədiklərinizlə paylaşın