Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 6-cı turuna start veriləcək.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
İngiltərənin “Liverpul” klubu səfərdə “Jirona”nın (İspaniya) qonağı olacaq. İtaliya çempionu “İnter” isə Almaniya təmsilçisi “Bayer”lə Leverkuzendə üz-üzə gələcək. İspaniya təmsilçisi, ÇL-in sonuncu qalibi olan “Real” İtaliyada “Atalanta” ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turunun qalan oyunları dekabrın 11-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr
21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Seltik” (Şotlandiya)
21:45. “Jirona” (İspaniya) – “Liverpul” (İngiltərə)
00:00. “Leypsiq” (Almaniya) – “Aston Villa” (İngiltərə)
00:00. “Bayer” (Almaniya) – “İnter” (İtaliya)
00:00. “Atalanta” (İtaliya) – “Real” (İspaniya)
00:00. “Brügge” (Belçika) – “Sportinq” (Portuqaliya)
00:00. “Şaxtyor” (Ukrayna) – “Bayern” (Almaniya)
00:00. “Zalsburq” (Avstriya) – PSJ (Fransa)
00:00. “Brest” (Fransa) – PSV (Niderland)


