Çempionlar Liqasında mövsümün ən yaxşı futbolçusu – Rodri!

Mançester Siti”nin yarımmüdafiəçisi Rodriqo Hernandes UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusu elan edilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Artıq geridə qalmış Çempionlar Liqası mövsümündə Rodri 12 oyunda meydana çıxaraq 2 qol vurub və 1 xəbərdarlıq alıb. Yarımmüdafiəçi “İnter”lə final oyununda yeganə həlledici qolun müəllifi olub.

Rodrinin Çempionlar Liqasının geridə qalan mövsümündəki göstəriciləri:

Ötürmələrin dəqiqliyi: 93,8%;
Keçilmiş məsafə: 134,8 km;
Mütləq sürət: 31,6 km/s.

Xatırladaq ki, Rodri UEFA Çempionlar Liqasında “İnter”lə final oyununun da ən yaxşı futbolçusu seçilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: