Çempionlar Liqasında pley-off həyəcanı 3 oyunla başladı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” da pley-offda ilk görüşünü bu gün keçirib. Xorvatiya çempionu “Dinamo” ilə üz-üzə gələn Ağdam klubunun bu rəqiblə ilk oyunu Zaqrebdə baş tutub. Qurban Qurbanovun yetirmələri ilk oyunda məğlubiyyətə üzülüblər.

Bu gün həmçinin “Bodo Qlimt” “Srvena Zvezda”nı, “Lill” isə Praqa “Slaviya”sını qəbul edib. Bu oyunlarda da qələbəni meydan sahibləri bayram ediblər.

Sabah daha 4 oyun baş tutacaq.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri isə avqustun 27-28-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” (Azərbaycan) 3:0

“Lill” (Fransa) – “Slaviya” (Praqa, Çexiya) 2:0

“Bodo Qlimt” (Norveç) – “Srvena Zvezda” (Serbiya) 2:1

21 avqust

23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Zalsburq” (Avstriya)
23:00. “Malmö” (İsveç) – “Sparta” (Praqa, Çexiya)
23:00. “Midtyulland” (Danimarka) – “Slovan” (Slovakiya)
23:00. “Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə)