Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
Ağdam klubu 3-cü təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu cütün qalibi növbəti mərhələdəfki ilk oyunu evdə keçirəcək.
Azərbaycanlı hücumçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su isə Bolqarıstan “Ludoqorets”ini mübarizədən kənarlaşdıracağı halda, pley-offda “Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün qalibi ilə üz-üzə gələcək. Xorvatiya çempionu ilk matçını səfərdə keçirəcək.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. “Qarabağ” “Ferentsvaroş”a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar Yolu
Ferentsvaroş (Macarıstan)/Qarabağ (Azərbaycan) cütünün qalibi – Şerif (Moldova)/Viktoriya (Çexiya) cütünün qalibi
Bodo Qlimt (Norveç)/Jalgiris (Litva) cütünün qalibi – Ludoqorets (Bolqarıstan)/Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibi
Makkabi (Hayfa, İsrail)/Apollon (Kipr) cütünün qalibi – Srvena Zvezda (Serbiya)/Pünik (Ermənistan) cütünün qalibi
Kopenhagen (Damimarka) – Trabzonspor (Türkiyə)
Liqa yolu
Dinamo (Kiyev, Ukrayna)/Şturm (Avstriya) cütünün qalibi – Benfika (Portuqaliya)/Midtyulland (Danimarka) cütünün qalibi
Yunion (Belçika)/Reyncers (Şotlandiya) cütünün qalibi – Monako (Fransa)/PSV (Niderland) cütünün qalibi