Çempionlar Liqasında qrup mərhələsinə start verildi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinə start verilib. Arena.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə E, F, G və H qrupunun matçları keçirilib.

E qrupunda İspaniyanın “Barselona” komandası doğma meydanda Almaniya “Bayern”i ilə qarşılaşıb. Münhen təmsilçisi səfərdə darmadağına sevinib. Qrupun digər matçında “Benfika” Kiyevdə “Dinamo”nun qonağı olub. Bu oyunda isə qapılara qol vurulmayıb.

Turnirin son qalibi “Çelsi” H qrupu çərçivəsində ilk turda Rusiya təmsilçisi “Zenit”i sınağa çəkib və minimal hesabla üstün olub. İtaliya A Seriyasında mövsümə uğursuz start verən “Yuventus”un ÇL-də ilk rəqibi “Malmö” (İsveç) olub. Turin təmsilçisi səfərdə darmadağına sevinib.

F qrupunda heyətini Kriştiano Ronaldo ilə gücləndirən “Mançester Yunayted” İsveçrənin “Yanq Boyz” komandası ilə üz-üzə gəlib. Hesabı məhz Ronaldonun qolu ilə “qırmızı şeytanlar” açsa da, sonda meydan sahibləri əzmkar qələbə qazanıblar. Qrupun digər oyununda “Atalanta” “Vilyarreal”ın müqavimətini qırmağa çalışıb. Dörd qolun qeydə alındığı bu oyun heç-heçə yekunlaşıb.

Çempionlar Liqasında qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
14 sentyabr

F qrupu

Yanq Boyz (İsveçrə) – Mançester Yunayted (İngiltərə) 2:1
Qol: Nqamaleu, 66. Sibaço, 90+5 – Ronaldo, 13.

Vilyarreal (İspaniya) – Atalanta (İtaliya) 2:2
Qol: Triqeros, 39. Danjuma, 73 – Freuler, 6. Qosens, 83.

G qrupu

Sevilya (İspaniya) – Zalsburq (Avstriya) 1:1
Qol: Rakitiç, 42-pen – Suçiç, 21-pen.

Lill (Fransa) – Volfsburq (Almaniya) 0:0

E qrupu

Barselona (İspaniya) – Bayern (Almaniya) 0:3
Qol: Müller, 33. Levandovski, 56; 85.

Dinamo (Kiyev, Ukrayna) – Benfika (Portuqaliya) 1:0

H qrupu

Çelsi (İngiltərə) – Zenit (Rusiya) 1:0
Qol: Lukaku, 69.

Malmö (İsveç) – Yuventus (İtaliya) 0:3
Qol: A.Sandro, 23. Dibala, 45-pen. Morata, 45+1.