Çempionlar Liqasında “Real” və “Bayern” üçün uğursuz gecə

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 2-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 9 görüş baş tutub.

Almaniya nəhəngi “Bayern” səfərdə İngiltərə təmsilçisi “Aston Villa” ilə qarşılaşıb və buraxdığı yeganə qolla məğlub olub. “Liverpul” doğma meydanda “Bolonya”nı qəbul edərək inamlı qələbəyə sevinib. “Yuventus” səfərdə “Leypsiq”in qonağı olub. Turin təmsilçisi bu matçdan çətin qələbə ilə ayrılıb.

İspaniya çempionu, ÇL-in sonuncu qalibi “Real” səfərdə “Lill” ilə oyunu məğlub başa vurub. Madrid “Atletiko”sunun Portuqaliyada “Benfika”ya böyük hesabla uduzması da diqqət çəkən nəticələrdən biri olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna oktyabrın 22-də start veriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
2 oktyabr

Şaxtyor (Donetsk, Ukrayna) – Atalanta (İtaliya) 0:3
Qollar: Djimsiti, 21. Lukman, 44. Bellanova, 48.

Jirona (İspaniya) – Feyenoord (Niderland) 2:3
Qollar: D.Lopes, 19. Van de Bek, 73 – Y.Herrera, 23-öz qapısına. Milambo, 33. Kreyçi, 79-öz qapısına.

Liverpul (İngiltərə) – Bolonya (İtaliya) 2:0
Qollar: Makallister, 11. Salah, 75.

Leypsiq (Almaniya) – Yuventus (İtaliya) 2:3
Qollar: Şeşko, 30; 65-pen – Vlahoviç, 50; 68. Konseysao, 82.

Benfika (Portuqaliya) – Atletik (İspaniya) 4:0
Qollar: K.Aktürkoğlu, 13. Di Mariya, 52-pen. Bah, 75. O.Kökçü, 84-pen.

Dinamo (Zaqreb, Xorvatiya) – Monako (Fransa) 2:2
Qollar: Suçiç, 45+3. Baturina, 66 – Salisu, 74. Zakariya, 90-pen.

Lill (Fransa) – Real (İspaniya) 1:0
Qol: David, 45+3-pen.

Aston Villa (İngiltərə) – Bayern (Almaniya) 1:0
Qol: Duran, 79.

Şturm (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Tsolis, 23.