Çempionlar Liqasının 1/8 finalının püşkü yenidən atılacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi yenidən keçiriləcək. Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Buna Bakı vaxtı ilə saat 15:00-da keçirilmiş ilk püşkatma zamanı texniki problemlər səbəbindən ciddi xətaya yol verilməsi səbəb göstərilib. Bu üzdən də püşkatma mərasiminin saat 18:00-da təkrar keçiriləcəyi açıqlanıb.

Püşkatma zamanı qeydə alınan problemlərə gəlincə, əvvəlcə “Vilyarreal”ın (İspaniya) rəqibləri arasında “Mançester Yunayted” (İngiltərə) şarı qoyulub. Halbuki, bu komandalar qrup mərhələsi zamanı eyni qrupda yer aldığından, bir-biri ilə düşmələri mümkün deyildi.

“Vilyarreal”ın rəqibləri arasında “Liverpul” (İngiltərə) şarı qoyulmayıb. Əvəzində “Atletiko”nun (İspaniya) rəqibləri arasında “Liverpul” şarı qoyulub. Halbuki, bu da mümkün deyildi. Çünki bu iki klub da qrup mərhələsində eyni qrupda mübarizə aparmışdı. Əvəzində “Atletiko”nun rəqibləri arasında yalnışlıqla “Mançester Yunayted” şarı qoyulmamışdı.

Artıq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin etibarsız sayılan püşkatmasının nəticəsi belə idi:

Benfika (Portuqaliya) – Real (İspaniya)
Vilyarreal (İspaniya) – Mançester Siti (İngiltərə)
Atletiko (İspaniya) – Bayern (Almaniya)
Zalsburq (Avstriya) – Liverpul (İngiltərə)
İnter (İtaliya) – Ayaks (Niderland)
Sportinq (Portuqaliya) – Yuventus (İtaliya)
PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə)
Çelsi (İngiltərə) – Lill (Fransa)