Çempionlar Liqasının 2023/24 mövsümünün rəmzi komandası

UEFA Çempionlar Liqasının artıq başa çatmış 2023/2024-cü illər mövsümünün rəmzi komandasının heyəti açıqlanıb.

Arena.az bu barədə UEFA Çempionlar Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

Rəmzi komandada final oyununda üz-üzə gəlmiş “Real” və Dortmund “Borussiya”sının 4 futbolçusu, həmçinin PSJ, “Bayern” və “Mançester Siti”nin 1 futbolçusu yer alıblar.

Çempionlar Liqasında 2023/2024-cü illər mövsümünün rəmzi komandası:

Qapıçı: Qreqor Kobel (“Borussiya”, Dortmund);

Müdafiəçilər: Daniel Karvaxal, Antonio Rüdiger (hər ikisi “Real”), Mats Hummels, Yan Matsen (hər ikisi “Borussiya”, Dortmund);

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Marsel Zabitser (“Borussiya”, Dortmund), Cud Bellingem (“Real);

Hücumçular: Filip Foden (“Mançester Siti”), Vinisius Junior (“Real), Harri Keyn (“Bayern”).

Xatırladaq ki, iyunun 1-də Londonun “Uembli” stadionunda keçirilmiş final oyununda “Real” Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib. İspaniya nəhəngi bunun sayəsində tarixində 15-ci dəfə qitənin ən mötəbər klub yarşının qalibi olub.