Çempionlar Liqasının yeni tərtibatı və təqvimi açıqlandı

Çempionlar Liqasının növbəti mövsümündən təqdim ediləcək yeni tərtibatı barədə ətraflı məlumat ictimaiyyətə açıqlanıb.

Arena.az COPE dərgisinə istinadən məlumat verir ki, bu barədə mayın 23-də UEFA nümayəndələrinin jurnalistlərlə keçirdiyi görüşdə mətbuat nümayəndələrinə ətraflı məlumat verilirb.

Xatırladaq ki, 2024/2025-cü illər mövsümündən etibarən Avropanın ən mötəbər klub yarışında iştirakçıların sayı 32-dən 36-ya yüksəldilib. Klassik qrup mərhələsi ümumi cədvəllə əvəz edilib. Hər komanda müxtəlif rəqiblərə qarşı 8 oyun keçirəcək.

Mənbənin məlumatına görə, Çempionlar Liqasının təqvimində də dəyişikliklər olacaq. 2024/2025-ci illər mövsümündən etibarən Çempionlar Liqasındakı oyunlar təkcə çərşənbə axşamı və çərşənbə günləri deyil, çərşənbə axşamından cümə axşamına qədər baş tutacaq. Bundan əlavə, final mərhələsinin bütün 18 qarşılaşması paralel olaraq bir gündə (yanvarın 29-da) baş tutacaq.

Çempionlar Liqasının yeni tərtibatında üç püşkatma nəzərdə tutulub. Bunlardan birincisi, yarışın birinci mərhələsinə qədər, ikincisi, 9-24-cü yerləri tutmuş klublar arasında ələmə oyunları ərəfəsində, üçüncü püşkatma isə Çempionlar Liqasının 1/8 final mərhələsi ərəfəsində baş tutacaq. İştirakçıların sonrakı cütləri isə yarış səbəti vasitəsilə müəyyənləşdiriləcək.