Mayın 25-də İtaliyanın “Fiorentina” klubuna baş məşqçi təyin olunmuş Cennaro Qattuzo istefa verib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qattuzo ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaranıb. İtaliya mətbuatının yazdığına görə, tərəflər növbəti mövsüm üçün transferlərdə razılığa gələ bilməyiblər. Bu üzdən də 43 yaşlı mütəxəssislə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qattuzo bu komandanı heç bir rəsmi oyuna çıxarmadan istefa verib.
Xatırladaq ki, Qattuzo mayın sonunda “Napoli”dən ayrılaraq “Fiorentina”ya keçmişdi. O, daha öncə “Milan”, “Piza”, OFİ, “Palermo” və “Sion” komandalarında da baş məşqçi olub.
“Fiorentina” A Seriyasında son mövsümü 13-cü pillədə başa vurub.